Qərbi Afrika dövləti Burkina Faso ordusu Bayraktar TB2 silahlı pilotsuz uçuş aparatı (PUA) ilə təxminən 3 min terrorçu ilə planlaşdırılan hücumun qarşısını alıb.
"Unikal"
xəbər verir ki, döyüş meydanlarında qazandığı zəfərlərdə oynadığı rol ilə tez-tez gündəmə gələn Türkiyənin yerli və milli İHA-sı Bayraktar TB2 gücünü sübut etməyə davam edir. Ötən bazar günü Afrikanın Burkina Faso ölkəsinin Ciba qəsəbəsindəki kazarmaya təxminən 3 min terrorçu tərəfindən həyata keçirilən hücum Burkina Faso ordusu tərəfindən Bayraktar TB2 PUA-dan istifadə edilən əməliyyatla dəf edilib. Ordu havadan və qurudan keçirdiyi əməliyyatla ən azı 400 terrorçunu zərərsizləşdirib. Əməliyyatda Bayraktar TB2-lərin əsas rol oynadığı bildirilib.

Burkina Faso 2022-ci ildə Baykar Technology-dən 5 ədəd Bayraktar TB2 alıb. Baykar baş direktoru Haluk Bayraktar, ötən ilin aprelində Burkina Fasoda ölkənin ən yüksək səviyyəli milli mükafatı olan Ordre de L'etalon Officier medalı ilə təltif edilib.