Ermənistanın broker (alış-satış əməliyyatlarına vasitəçilik edən şirkət) şirkəti "Armbrok" əcnəbilər üçün daxili tələblərin sərtləşdirilməsi ilə əlaqədar qeyri-rezidentlərin bəzi hesablarını, o cümlədən Rusiya vətəndaşlarının hesablarını bağlayacaq.
"Unikal" xəbər verir ki, bu barədə RBC şirkət nümayəndəsinə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, hesabların bağlanması barədə qərar "Armbrok" tərəfindən “Ermənistanın qeyri-rezidentləri üçün daxili tələblərə baxıldıqdan və sərtləşdirildikdən sonra” qəbul edilib.
Şirkət nümayəndəsi əlavə edib ki, qeyri-rezident müştərilərin aktivləri onların digər broker və banklardakı hesablarına köçürüləcək.