Madrid “Atletiko”sunun kapitanı Koke rekorda imza atıb.
"Unikal" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi bunu La Liqanın 14-cü turunda “Malyorka” ilə görüşdə (1:0) meydana çıxmaqla reallaşdırıb.
Koke “Atletiko”nun heyətində bütün turnirlərdə oyun sayını 600-ə çatdırıb.
O, Madrid klubunda bunu bacaran ilk futbolçudur.