Küveytin hakim əmiri Şeyx Nəvaf Əl Əhməd Əl Sabah səhhətində yaranan problemə görə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə KUNA agentliyi məlumat yayıb. Bildiriir ki, şeyxin vəziyyəti hazırda stabildir.
86 yaşlı Şeyx Navaf 2020-ci ildə sələfi, mərhum Şeyx Sabah Əl Əhməd Əl Sabahın vəfatından sonra əmir kimi and içib.