BTS K-pop qrupunun qalan dörd üzvü 2023-cü ilin sonuna qədər Cənubi Koreya ordusunda xidmət etmək üçün ayrılacaq.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Jimin (Park Jimin), Jungkook (Jeon Jungkook), RM (Kim Namjoon) və V (Kim Taehyung) respublikanın silahlı qüvvələrinin sıralarına qoşulacaqlar.
Onlar dekabrda əsgərliyə gedəcəklər. Xidmət il yarım, 2025-ci ilin iyun ayına qədər davam edəcək.
Qeyd olunur ki, komandanın qalan üzvləri (Cin, J-Hope və Suqa) artıq Cənubi Koreya silahlı qüvvələrinin tərkibinə daxildir.