Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Asiya Çempionlar Liqasında keçirilən “Zheijang” - “Buriram United” matçından sonra hücumçu Ramil Şeydayevin döyülməsinə zarafatyana reaksiya verib.
"Unikal" xəbər verir ki, Şahruddin baş verənlərə eyham vuraraq "Kral Şir" cizgi filmindən kadrlar paylaşıb.
Ramil Şeydayev isə davadan görüntüsünü paylaşaraq, “Mən hələ də burdayam, sadəcə mənə məkanı göndər” yazıb.