Qaradağ rayonunda dəm qazı bir nəfərin ölümünə səbəb olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qobustan qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yaşayan 24 yaşlı Canıyev Fadim yaşadığı evdə dəm qazından boğularaq ölüb. Hadisə mərhumun hamam otağında olduğu zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Ağarza Elçinoğlu