Amerikalı sahibkar və milyarder İlon Mask gələn il ölkədə keçiriləcək növbəti prezident seçkilərində ABŞ prezidenti Co Baydenə səs verməyəcəyini bildirib.

"Unikal" xəbər verir ki, o, bu  barədə Vaşinqtonda "The New York Times"  tərəfindən təşkil edilən konfransda deyib.

"Mən Baydenə səs verməyəcəm", - Mask ifadə edib. 

Milyarder  Ağ Evə dövlət başçısı kimi qayıtmağı planlaşdıran keçmiş Amerika prezidenti Donald Trampa səs vermək niyyətində olub-olmaması sualına cavab verməyib.

Sahibkar bunun çox çətin seçim olduğunu vurğulayıb.

Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının spikeri Kevin Makkarti Trampın ABŞ prezident seçkilərində qalib gələcəyini bildirmişdi.

Gülayə Mecid