İsrail hakimiyyəti daha 30 fələstinli girovu azad edib.
"Unikal" xəbər verir ki, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Bildirilib ki, onların olduğu avtobus Beynəlxalq Qırmızı Xaç Komitəsinin tibbi qruplarının müşayiəti ilə Ofer həbsxanasından çıxıb.
Xatırladaq ki, noyabrın 24-dən İsraillə HƏMAS arasında müvəqqəti atəşkəs elan edilib.