Kənd Təsərrüfatı Nazirliyi tərəfindən cari ilin 9 ayı ərzində 5473 ədəd kənd təsərrüfatı texnikası və avadanlığı üçün 43,9 milyon manat kredit və 65 milyon manat güzəşt ayrılıb.
"Unikal" xəbər verir ki, kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Fermerlərin dəstəklənməsi və dövlət-özəl sektoru əməkdaşlığı” tədbirindəki çıxışında bildirib.
Nazir qeyd edib ki, 2513 baş damazlıq heyvanın maliyyələşdirilməsinə isə 5,7 milyon manat güzəşt ayrılıb.
"1401 sahibkara 16,8 milyon manat məbləğində güzəştli kreditlər verilib. 398 min 544 kənd təsərrüfatı istehsalçısına bitkiçilik və heyvandarlıq sahələri üzrə 272,5 milyon milyon məbləğində subsidiya ödənilib", - deyə M.Məmmədov bildirib.
Nazir vurğulayıb ki, “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda hədəflənən fəaliyyətlərə nail olmaq üçün və qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək üçün aqrar sahəyə fermerlərin və dövlət-özəl tərəfdaşlığının cəlb olunması mühüm şərtdir.
Nazir onu da əlavə edib ki, Azərbaycan hökuməti tərəfindən əlverişli investisiya mühitinin yaradılmasıyla kənd təsərrüfatı sektorunu cəlbedici etmək üçün müxtəlif istiqamətli işlər görülməkdədir.