"8-ci km Ticarət Mərkəzi" MMC ləğv olunduğunu elan edib.
"Unikal" xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində elan verilib.
Qeyd edək ki, "8-ci km Ticarət Mərkəzi" 16.10.2000-ci il tarixində dövlət qeydiyyatından keçib. Onun nizamnamə kapitalı 1,031 milyon manat, qanuni təmsilçisi isə Rufat Məmmədovdur.