"Vaşinqton Saakaşviliyə nə öyrətdisə, o, itaətkarlıqla yerinə yetirdi" 

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT Nazirlər Şurasının açılış iclasında deyib.

Rusiyanın xarici işlər naziri  iclasda 2008-ci il müharibəsinə toxunub.

“ATƏT-in iştirakçıları olan eyni NATO ölkələri 2008-ci ildə alyansın Buxarest sammitində Tbilisi və Kiyevə qoşulacaqlarına söz vermişdilər. Məqsəd sadə idi, onların əhvalını Rusiyaya qarşı çevirmək idi. Qərbin dəstəklədiyi “Qızılgül inqilabı” nəticəsində hakimiyyətə gələn Saakaşvili Buxarestdə verdiyi kart-blanşı dərhal yerinə yetirdi və 2008-ci ilin avqustunda Cənubi Osetiya şəhərlərinin bombalanması və Cənubi Osetiyada TƏT-in razılığı ilə sülhməramlılara hücum əmri verdi.  Bu təxribatı Gürcüstanda “Təlim və Məşq" proqramına başlayan Amerika Birləşmiş Ştatları hazırlayıb. Vaşinqton Saakaşviliyə nə öyrətdisə, o, ona əməl etdi”, - Lavrov bildirib.