Moskvada reper Kişlakın konsertində 10-dan çox insan naməlum maddədən zəhərlənib.
"Unikal" xəbər verir ki, hadisə yerinə bir neçə təcili yardım briqadası gəlib.
Zərərçəkənlər arasında 2-3 nəfər 15 yaşlı yeniyetmə və 20-25 yaş arası doqquz gənc var. Onların hamısı həkimlər tərəfindən müayinə olunur.
Zərərçəkənlərin əksəriyyəti spirtli içki qəbul edib. Onlar həmçinin narkotik istifadəsinə görə də yoxlanılacaq.