Xəbər verdiyimiz kimi, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
“Unikal” Trend-ə istinadən xəbər verir ki, dövlət başçısı gərgin iş qrafikinə baxmayaraq, Sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə də ayaqüstü söhbət etməyə vaxt tapıb.