İran prezidenti COP28-də İsrailə etiraz olaraq Dubaya getməyəcək
"Unikal" xəbər verir ki, İran prezidenti İbrahim Rəisi israilli həmkarı İshaq Hersoqun BMT-nin builki İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirakına etiraz olaraq Dubaya səfər etməyəcək.
Məlumata görə, konfransa yalnız İbrahim Rəisi deyil, onun nümayəndəsi də qatılmayacaq. Bildirilib ki, İran COP28 konfransında energetika naziri səviyyəsində təmsil olunacaq.
Qeyd edək ki, bundan öncə İran mediası İbrahim Rəisinin konfransda iştirakı üçün Birləşmiş Ərəb Əmirliklərinə səfər planını da açıqlamışdı.