Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi Yunanıstan və Türkiyə ərazisindən keçməklə ATƏT Xarici İşlər Nazirləri Şurasından Moskvaya qayıdıb.
"Unikal" xəbər verir ki, bu barədə "Flightradar24" aviasiya izləyicisinin məlumatında qeyd olunub.
Lavrov Skopyedə ATƏT Xarici İşlər Nazirləri Şurasının plenar iclasında iştirak edib, bir sıra ikitərəfli təmaslar keçirib, təşkilatın hazırkı və gələcək sədrləri ilə üçtərəfli görüş keçirib. Nazir dünyanın hər yerindən 100-dən çox jurnalistin toplaşdığı və təxminən 1 saat 15 dəqiqə davam edən mətbuat konfransı da keçirib.
Çərşənbə günü Lavrovun təyyarəsi Skopyedəki ATƏT Nazirlər Şurasına Bolqarıstandan yox, Yunanıstandan keçib. Belə ki, Bolqarıstan tərəfi Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin təyyarəsinin göyərtəsində Rusiya diplomatik departamentinin rəsmi nümayəndəsi Mariya Zaxarova olduğu halda, onun uçmasına icazə verməkdən imtina edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Sofiyanın bu qərarını “absurd və axmaqlıq” adlandırıb.
Nuranə Abbasova