Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.
"Unikal"ın məlumatına görə, İ.Qasımov təyinatı ilə bağlı açıqlama yayıb.
"Mədəniyyət Naziri cənab Adil Kərimlinin sərəncamı ilə Heydər Əliyev adına Sarayın direktoru vəzifəsinə təyin olundum. Həyata keçirdiyim bütün layihələrdə Azərbaycan mədəniyyətinə xidməti özumə mənəvi borc bilmişəm. Bu vəzifədə bir çox maraqlı layihələri inamla həyata keçirməyə davam edəcəyəm", - deyə o bildirib.