Müğənni Xatirə İslam sosial şəbəkə vasitəsilə onu aldadan qadını axtarışa verib.

"Unikal"ın məlumatına görə, ifaçı Gülnisə Feyziyeva adlı qadını axtardığını deyib. Xatirə Daxili İşlər Nazirliyini işarələyərək həmin qadından şikayətçi olduğunu bildirib:

“Bu dərzini tanıyan, bilən varsa, bizə yazsın. Bütün parçalarımızı tikmək üçün aparıb, lakin zənglərə cavab vermir. Ölkəmizdə olan qayda-qanunlara çox güvənirəm. Şikayətimi qəbul edin”.