Avtomobil aşıb, sürücü xəsarət alıb.

"Unikal"ın məlumatına görə, hadisə axşam saatlarında Şəki rayonunun İnçə kəndi ərazisində qeydə alınıb. Belə ki, Əfqan Mahmudov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobili yol kənarındakı cuxura aşırıb. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobili ilə Şəki rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 Faktla baglı araşdırma aparılır.

Seymur Əli