Masallıda daha 3 sakin qanunsuz saxladığı odlu silahı polisə təhvil verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsinin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Keçirilən növbəti tədbirlər zamanı daha 3 sakin müvafiq sənədləri olmadan qanunsuz saxladıqları 2 ədəd "İJ" markalı, 1 ədəd isə "TOZ" markalı ov tüfənglərini polis əməkdaşlarına könüllü təhvil veriblər.