Ağsu rayonunda 17 yaşlı gənc dəm qazından zəhərlənib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Natavan küçəsində baş verib. Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü Yahyayev Ceyhun Ədil oğlu evin vanna otağında dəm qazından zəhərlənib.

C.Yahyayev dərhal  Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Seymur Əli