Belarus Prezidenti Aleksandr Lukaşenko dekabrın 3-4-də Çinə işgüzar səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə BELTA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Lukaşenko ilə Çin rəhbəri Si Cinpin arasında danışıqlar Pekində baş tutacaq. İki ölkə liderləri ticarət-iqtisadi, investisiya və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.

Səfər zamanı bir sıra ictimai və humanitar tədbirlər keçiriləcək.