Azərbaycan Premyer Liqasında XV tur davam edir.

"Unikal" xəbər verir ki, bu gün daha bir oyun keçirilib.

Paytaxt derbisində "Neftçi" "Zirə"ni qəbul edib. "Neftçi Arena"da baş tutan görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Ağ-qaralar"a qalibiyyəti gətirən qola 60-cı dəqiqədə Rəhman Hacıyev imza atıb.