Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines gələn il keçiriləcək Avropa çempionatında Türkiyə və Çexiya seçmələri ilə eyni qrupda yer almalarını dəyərləndirib.
"Unikal" xəbər verir ki, "A Bola" onun dediklərini belə çatdırıb:
"Püşkün nəticələrindən razıyam. F qrupunda yer aldığımız üçün ilk oyuna hazırlaşmaq üçün daha çox vaxtımız olacaq.
Bizim gücümüz paltardəyişmə otağındadır. Rəqibdən asılı komanda deyilik. Avropa birinciliyində 24 güclü kollektiv çıxış edəcək. Ancaq biz inanırıq ki, 2016-cı ildəki uğuru təkrarlayaraq yenidən çempion ola bilərik. Brcə hədəfimiz var - oyundan-oyuna "artırmaq" və qələbələr qazanmaq. Necə olacağını zaman göstərəcək".