Oğuzda bir ay öncə sirkə turşusu içən kişi xəstəxanada ölüb.
"Unikal" xəbər verir ki, Oğuz rayonunun Qumlaq kənd sakini, 1986-cı il təvəllüdlü Hacıyev Rəhman Bəxtiyar oğlu Bakıda müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, 37 yaşlı Rəhman Hacıyev bu il noyabrın 6-da sirkə turşusu içib və xəstəxanaya yerləşdirilib.
Onun sirkə turşusunu ehtiyyatsızlıqdan içdiyi bildirilib.
Seymur Əli