"Survivor 2024 All Star"a qatılmaq üçün hazırlıqlara başlayan Türkiyənin milli atleti Nagihan Karadere övladlıqdan rədd edilib. 

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki,  məsələ ilə bağlı danışan Karaderenin qardaşı “Bizi 3 qəpiyə satanları biz pulsuz xərcləyirik" deyərək artıq hüquqi addım atdıqlarını bildirib.

İnstaqram hesabında paylaşım edən Fehmi Karadere, "Mənim və ailəmin Nagihan Karadere adlı bir ailə üzvü qalmadı və övladlıqdan məhkəmə orqanları tərəfindən rədd edilməsi üçün məhkəməyə müraciət etdik. Ailəmizlə bağlı artıq hər hansı bir bağı yoxdur". 

Nagihan Karadere hələlik qardaşının paylaşımları ilə bağlı açıqlama verməyib.