Dələduzluqla bağlı cinayət işi çərçivəsində krasnoyarsklı iş adamı, eks-deputat Roman Qoldmanın “Goldman Group”a məxsus aktivlərinə həbs qoyulub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
""Goldman Group"a məxsus 383 obyekt, o cümlədən Qoldmanın özünə məxsus əmlak da daxil olmaqla, 828 milyon rubldan çox məbləğdə müsadirə edilib", - KİV-lərin birində qeyd olunub.
Xatırladaq ki, Krasnoyarsk diyarının Qanunvericilik Məclisinin keçmiş deputatı Roman Qoldman dələduzluqda ittiham olunaraq axtarışa verilib.
Gülayə Mecid