İran prezidenti İbrahim Rəisi dekabrın 7-də Moskvaya səfər edəcək.
"Unikal" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq. Tərəflər iqtisadi sahədə əməkdaşlığı, həmçinin regional və beynəlxalq məsələləri, xüsusilə Fələstin məsələsini və Qəzza zolağında baş verən son hadisələri müzakirə etməyi planlaşdırırlar. Rəisini müşayiət edəcək nümayəndə heyətinin tərkibi hələlik açıqlanmayıb.
Rusiya və İran prezidentləri sonuncu dəfə oktyabrın 16-da telefonla danışıqlar aparıblar.
Ağarza Elçinoğlu