Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilən tədbirdə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın XİN rəhbərləri iştirak edir. Tərəflər Xəzər əməkdaşlığının inkişaf prioritetlərini vurğulayaraq, qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə etməyi planlaşdırırlar.
Ağarza Elçinoğlu