Dünyaca məşhur müğənni Britni Spirsin üzərindən qəyyumluğunun götürülməsi üçün 13 il mübarizə apardığı atası Ceymi Spirsin səhhətində problem yaranıb.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, ifaçının atasının ayağı infeksiya səbəbindən amputasiya edilib.
Məlumata görə, bu hadisədən sonra Britni atasına qarşı yumşalıb və ona maddi dəstək göstərib.