Polşanın keçmiş prezidenti Lex Valesa koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

"Unikal" xəbər verir ki, Valesanın "Facebook" hesabında keçmiş prezidentin xəstəxana çarpayısında uzandığını əks etdirən bir foto yayımlanıb.

Foto "Mən COVID oldum" başlığı ilə paylaşılıb.

Eyni zamanda, Polşanın keçmiş prezidenti venadaxili dərmanlar qəbul edir.