“Türkiyə Yaxın Şərqdəki vəziyyətlə bağlı sülh konfransı keçirməyə və münaqişənin həlli üçün zəmanətçi ölkə kimi çıxış etməyə hazırdır”.

"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ-nin başçılıq etdiyi Qərb ölkələri İsraili dəstəkləməsəydi, regionda belə bir vəziyyət yaranmazdı.