Brent markalı neftin bir barelinin qiyməti 2023-cü il iyulun 6-dan bəri ilk dəfə olaraq 76 dollardan aşağı düşüb.
"Unikal" xəbər verir ki, "qara qızıl"ın fevral fyuçerslərinin qiyməti bir barel üçün 75,8 dollara (-1,81%) enib.
Eyni zamanda, WTI markalı neftin yanvar fyuçerslərinin dəyəri 2,18% azalaraq 70,74 dollar olub.
Ümumilikdə neftin dünya qiymətləri 2%-ə kimi enişi sürətləndirib.