Zərdabda 1 nəfərin ölümü, 1 nəfərin ağır bədən xəsarəti alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə şəhərin S. Abdullayev küçəsində qeydə alınıb. Hərəkətdə olan "VAZ 2107' markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.
Nəticədə avtomobilin sürücüsü Qaravəlli kənd sakini, Əmrah adlı şəxs ağır bədən xəsarətləri alaraq Göyçay şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Avtomobildə olan sərnişin - Raul Əziz oğlu Əliyev aldığı xəsarətlərdən həyatını itirib. Onun meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.