"Azərbaycanla sərhədin delimitasiyası prosesi uzun çəkəcək".
"Unikal" xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.
“Proses müstəsna olaraq hüquqi əhəmiyyət kəsb edən sənədlər əsasında aparılmalıdır. Biz real topoqrafik xəritələrlə işləyəcəyik” deyə o, bildirib.
Qriqoryanın sözlərinə görə, delimitasiya 22 fraqmentdən ibarət 70-ci illərdə çap olunmuş xüsusi xəritələr əsasında aparılacaq. Eyni zamanda, o, prosesin uğurunun açarını hər iki tərəfin onun vahid şəkildə qəbul etməsi adlandırıb.
Bundan əvvəl Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası üzrə danışıqların intensivliyini artırmaq barədə razılığa gəliblər.
Gültəkin Ələsgər