Rusiya Federasiyası Federal Şurası dekabrın 7-də keçiriləcək plenar iclasda Rusiya prezidenti seçkilərinin 2024-cü il martın 17-nə təyin edilməsi məsələsini müzakirə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Federal Şuranın Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas məlumat verib.