İsrailin baş naziri Benyamin Netanyahu ordunun HƏMAS-ın Qəzza rəhbəri Yəhya Sinvarın evini mühasirəyə aldığını bildirib.

"Unikal" xəbər verir ki, Baş nazir sinavın tutulmasının an məsələsi olduğunu deyib.

İsrailin baş naziri: “Dünən dedim ki, bizim qüvvələrimiz Qəzzada istənilən yerə çata bilər. Bizim qüvvələrimiz bu gün Sinvarın evini mühasirəyə alıb. "Onun evi onun qalası olmaya bilər və o, qaça bilər, amma onu tutmağımız an məsələsidir".