Şəhid Nurəhməd Ulubəyovun atası Hacıbəy Ulubəyov bu gün vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb. 

Qeyd edək ki, Nurəhməd Ulubəyov 1995-ci il 2 iyun tarixində Bakı şəhərində anadan olub. 

44 günlük Vətən müharibəsi zamanı 2020-ci il 7 oktyabr tarixində Füzuli rayonunun azad olunması uğrunda gedən döyüşlərdə şəhid olmuş, II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidin atası Hacıbəy Ulubəyov uzun illərdir "Azəriqaz" İstehsalat Birliyinin İdarəetmə Aparatında çalışıb.