İlya Kivanın öldürüldüyü Moskva hoteli qonaq qəbul etməyi dayandırıb.

"Unikal" xəbər verir ki, Moskva yaxınlığındakı Suponevo kəndində, Ali Radanın keçmiş deputatı İlya Kivanın öldürülmüş vəziyyətdə tapıldığı parkda yerləşən Velich Country Club hotelinin mühafizəsi hətta pullu otaq rezervasiyası ilə belə, qonaqları içəri buraxmır.

"Hadisə səbəbindən bu gün qeydiyyat olmayacaq" deyə hotelin təhlükəsizlik işçisi müştərilərə bildirib.

Eyni zamanda, hotel administratoru da rezervasiyaların ləğvinin səbəbini izah edə bilməyib. Menecer ya texniki nasazlığı, ya da çoxlu qonaq gəlişini və qəfil otaq çatışmazlığını səbəb kimi göstərib.