Böyük Britaniyanın immiqrasiya naziri Robert Cenrik tutduğu vəzifədən istefa verib.
"Unikal" xəbər verir ki, Britaniyanın immiqrasiya naziri Cenrik ölkəsinin Ruanda ilə imzaladığı yeni immiqrasiya müqaviləsi səbəbindən istefa verdiyini açıqlayıb.
Cenrik istefa məktubunu sosial media hesabında paylaşaraq, “İstefa məktubumu baş nazirə böyük kədərlə yazdım. "İmmiqrasiya ilə bağlı bu qədər güclü fikir ayrılıqları olduğu halda mən bu rolda davam edə bilmərəm" deyib.
İlk dəfə 2022-ci ilin aprelində hazırlanan “Ruanda Planı” başda Birləşmiş Millətlər Təşkilatı (BMT) olmaqla müxalifətin, insan haqları təşkilatlarının və bir çox beynəlxalq təşkilatların reaksiyasına səbəb olub.
2022-ci ilin iyununda Ruandaya 7 nəfərin olduğu ilk uçuş Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarı ilə dayandırılıb. Bunun üzərinə Daxili İşlər Nazirliyi Ali Məhkəmədə yeni iddia qaldırıb və məhkəmə 19 dekabr 2022-ci ildə Ruandaya uçuşun qanuni olduğuna qərar verib.
Qərarı Apellyasiya Məhkəməsinə çıxaran hüquq müdafiəçilərinin müraciəti nəticəsində məhkəmə iyunun 29-da hökumətin ölkəyə qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni mühacirləri Ruandaya göndərmə planının qanuna uyğun olmadığına qərar verib.
Bunun üzərinə İngiltərə Ruanda ilə yeni immiqrasiya müqaviləsi imzalayıb. Razılaşmanın genişləndirildiyi və səslənən narahatlıqların aradan qaldırıldığı açıqlanıb.
Yeni razılaşma ilə Ruandaya göndərilən mühacirlərin həyatlarını və ya azadlıqlarını təhdid edəcək üçüncü ölkəyə göndərilməsinin qarşısı alınıb.
Böyük Britaniyada hökumət, xüsusilə keçən il 44 mindən çox qeyri-qanuni immiqrant Manş boğazını keçdikdən sonra deportasiya üsulları ilə immiqrasiyanı dayandırmağı hədəfləyir.