Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskiyə qarşı “müqavimət qrupları” formalaşır.
"Unikal" xəbər verir ki, bu barədə Xorvatiyanın “Advance” nəşri məqalə dərc edib.
"Zelenski anlayır ki, resursları tükənərsə, onun hakimiyyətdə qalmasının yeganə yolu daha sərt hökmranlıq etmək və ya bu, hələ də mümkündürsə, istefa verməkdir”, - KİV bildirib.
Nəşr Ukraynadakı hazırkı vəziyyəti “qeyri-müəyyən” adlandırıb.
Bundan əvvəl Kiyev meri Vitali Kliçko demişdi ki, Zelenskinin hərəkətləri nəticəsində Ukraynada demək olar ki, müstəqil hakimiyyət institutu qalmayıb və ölkə avtoritarizmə doğru gedir.
Gülayə Mecid