dekabrın 7-si saat 10 radələrində Şuşa rayonu ərazisində elektrik təsəfərrüfat sahəsində çalışan 1987-ci il təvəllüdlü Rahim Həbibovun elektrik xətti çəkərkən mina partlaması nəticəsində sağ ayağının dizdən aşağı hissəsinin amputasiyası xəsarəti alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

"Unikal" xəbər verir ki, hazırda faktla bağlı Şuşa rayon prokurorluğunda araşdırma aparılır.

 

***11:58

Dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində elektirik təsəfərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan "Unikal"a bildirilib ki, həmin şəxs ayağından xəsarət alıb. O polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib. 

Araşdırma aparılır.