"Zəlzələyə görə təşvişə düşməyə ehtiyac yoxdur. Çünki bu gün baş verən zəlzələ güclü olmayıb".

“Unikal” xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bugünkü zəlzələ ilə bağlı keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, qeydə alınan afterşoklar nəticəsində enerji boşalmaları gedib: "Bu da o deməkdir ki, yenidən həmin dərəcədə təkanlar gözlənilmir, günün sonuna qədər də azalmalar müşahidə olunacaq. Bu gün sadəcə bəzi ərazilərdə, əsas da çoxmərtəbəli yaşayış binalarında zəlzələ hiss olunub".