2024-cü ilin yaz aylarında Fövqəladə Hallar Nazirliyi ilə birlikdə yeni seysmik mikrorayonlaşdırma xəritəsi ilə bağlı tədqiqat aparacağıq".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Yaponiyadan mütəxəssislər gələcək: "Seysmik mikrorayonlaşdırma xəritəsi gündəmdədir. FHN əməkdaşları və yaponiyalı mütəxəssislərlə birgə gələn il işlərə başlanılacaq. Xəritənin tərtib olunması üzərində iş gedir".

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə bildirib ki, seysmik xəritələrlə yanaşı, Bakı və Abşeron yarımadasında seysmik riskləri araşdıran xəritə də olacaq: "Yəni Bakı şəhərində yüksək maqnitudalı zəlzələdən sonra vəziyyətin necə olacağını biləcəyik".