Rusiyalı teleaparıcı və model Viktoriya Bonya iş adamı Ruslan Həsənovla sevgili olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, iş adamı açıqlamasında bildirib ki, 1987-ci ildə Qarabağda baş verən ilk hadisələrdən sonra babası Ermənistandan Mingəçevir şəhərinə köçüblər.
"Mənim nənəm əsl qəhrəman anadır. Onun 10 övladı var: yeddi oğlu və üç qızı. Bu oğullar arasında mənim atam da var. Adı Rövşəndir. Ailəmizdə həkimlər, geoloqlar, neftçilər, müəllimlər var. Mən öz soyadımla, güclü azərbaycanlı köklərimlə fəxr edirəm. Mənim ata tərəfdən qohumlarımın bəziləri bu gün Bakıda, bəziləri Mingəçevirdə yaşayır. Rusiyada, Sibirdə yaşayanlar da var", - deyə o açıqlayıb.
O, heç vaxt Azərbaycanda olmadığını da bildirib: "Səbəbini izah etmək üçün çox şey var, amma vəziyyət belə inkişaf etdi. Bunu mütləq ən qısa zamanda düzəldəcəm.. İndi də atamla boş vaxt tapmaq və birlikdə Bakıya getmək üçün cədvəllərimizi sinxronlaşdırmağa çalışırıq".
O, modellə Dubayda tanış olduğunu deyib: "O və mən “Bakı” adlı qəşəng bir restoranda idik. Və mən ürəkdən inanıram ki, bu, Dubayın ən yaxşı restoranlarından biridir. Viktoriya ilə orada vaxt keçirdik, mən ona Azərbaycan yeməyi piti təqdim etdim. Qəribə də olsa, Viktoriya məndən fərqli olaraq artıq Bakıda olub".
Seymur Əli