Rusiyanın nəzarətində olan Mariupolda (Ukraynanın Donetsk vilayətində şəhər) hərbçilər Federasiyanın hazırkı prezidenti Vladimir Putinə səs verib-verməyəcəyini öyrənmək üçün telefon sorğusu keçirir.
"Unikal" xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petro Andryuşenko "Telegram"da məlumat verib.
"Mariupolda “anonim” telefon sorğusu başlayıb. Onlar (rus hərbçiləri - red.) zəng edib soruşurlar ki, Putin administrasiyasında hər şey xoşlarına gəlib, ona səs verəcəklərmi və Puşilin kifayət qədər iş görübmü? (Denis Puşilin “DNR”nin lideri – red.)", - Andryuşşenko yazıb.
O əlavə edib ki, Mariupol sakinlərindən telefonla bütün şəxsi məlumatları da tələb olunur.
Qeyd edək ki, Rusiya Federasiyasında prezident seçkilərinin 2024-cü il martın 17-nə təyin edilib.
Gülayə Mecid