SMA (spinal muskular atrofiya) xəstəliyindən əziyyət çəkən doqquz aylıq körpə Fateh Şəhriyar oğlu Cəhrəminin köməyə ehtiyacı var.

"Unikal" xəbər verir ki, Fatehin valideynləri xəstəliyin get-gedə irəlilədiyini və övladlarının sağalması üçün iynənin maksimum tez bir zamanda vurulmasının vacibliyini qeyd ediblər:

“Uşaq doqquz aylıq olmasına baxmayaraq, ayaqlarının işləməməsi və otura bilməməsi bizi şübhələndirirdi. Daha sonra həkimə müraciət etdik və övladımızın SMA olduğunu bildik. Fateh hər gün hərəkətlərini hissə-hissə itirir. Həkimlər lazım olan iynəni tez vursaq, bədənində hələ aktiv qalan neyronların qoruna biləcəyini və övladımın fizioterapiyalar ilə yenidən normal hərəkət edə biləcəyini bildiriblər. Sözügedən iynənin vurulması üçün 3 milyon 672 min manata ehtiyacımız var. Hazırda başlatdığımız kampaniyalar sayəsində məbləğin bir qismi yığılıb”.

 

Fatehin anası Aygünlə əlaqə saxlamaq istəyən şəxslər (051) 570-51-95 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Yardım üçün kart nömrəsi: 4169 7388 9040 6238.