UNESCO "Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib.

"Unikal" xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında qəbul olunub.

Təşkilatın Azərbaycan Milli Komissiyasının "X" hesabında bu barədə paylaşımda deyilir:

"Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbul edilib".