Bakıda kişi bıçaqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, dekabrın 7-də saat 22 radələrində Xətai rayonu ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Xətai Rayon Polis İdarəsi 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə münaqişə zəminində bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, 1959-cu il təvəllüdlü T.Qarayev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.