Neft qiymətləri artıb. Lakin tələbin azalması narahatlığı fonunda həftəni “mənfi” ilə başa vurur.
"Unikal" xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin fevral fyuçerslərinin qiyməti 1 barel üçün 75,19 ABŞ dolları təşkil edib və bu da əvvəlki sessiyanın yekun qiymətindən 1,54 % çoxdur.
Nyu-York əmtəə birjasında WTI markalı neftin yanvar fyuçersləri 1,43 % bahalaşaraq 1 barel üçün 70,33 ABŞ dolları olub.